G7 ölkələri Rusiyaya xəbərdarlıq edib

Bölmə: Siyasət › ,
Tarix: 21:56 23.05.2025

G7 ölkələri Moskvanın Ukraynada atəşkəslə razılaşmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəkləri ilə bağlı xəbərdarlıq edib.



Mövzu ilə bağlı “İnformator.az”a politoloq Həşim Səhrablı bildirir ki, hazırda bizim bundan əvvəl gördüyümüz, adət elədiyimiz o güc anlayışı qalmayıb desək, doğrudur:

 

“Çünki artıq beynəlxalq güc nisbətləri əhəmiyyətli dərəcədə dəyişməkdədir. Əgər soyuq müharibə dövründə bu beynəlxalq güc nisbəti dediyimiz və ya beynəlxalq güc mərkəzləri dediyimiz mərkəzlər SSRİ idisə, Amerika Birləşmiş Ştatları və onun rəhbərlik etdiyi Qərb bloku idisə, soyuq müharibə bitəndən sonra ittifaqların dağılması nəticəsində fərqli bir dünya formalaşdı və burada da biz demək olar ki, ancaq
Amerikanın rəhbərlik etdiyi Qərb güc mərkəzi reallığı, yəni təkqütüblü dünya reallığı ilə qarşılaşdı. Amma sonrakı mərhələlərdə üzərindən 10 il, 15 il, 20 il keçdikdən sonra, xüsusən bu günümüzdə artıq yeni, fərqli bir güc mərkəzi ilə qarşılaşmaqdayıq. Çinin inkişafı və ABŞ-nin Çinin inkişafının qarşısını ala bilməməsi reallığında artıq Çinin özü də fərqli bir güc mərkəzi olaraq ortaya çıxır və dünyanın siyasi gedişini əhəmiyyətli dərəcədə dəyişir”.

 

Həmçinin şərhçi qeyd edir ki, mənim zənnimcə, Ukraynada qələbə qazanmasından və ya məğlub olmağından asılı olmayaraq atəşkəs və ya sülh razılaşmasından sonra şərtlərin necə olmasından asılı olmayaraq, artıq bu yarışda Çin və ABŞ-yə uduzur:

 

“Çünki burada iqtisadi məsələlər va, beynəlxalq əlaqələr məsələsi, beynəlxalq təsir dairələri məsələləri var. Eyni zamanda, texnoloji inkişaf məsələsi var ki, bunların hər birində artıq Rusiya faktiki şəkildə həm Çindən, həm də aşlarından əhəmiyyətli dərəcədə geridə qalmaqdadır. Lakin bunun paralelində olaraq ABŞ və Çinin əhəmiyyətli dərəcədə üstün olduğu, amma digər güc mərkəzlərinin də formalaşdığı bir çoxqütüblü dünyaya doğru getməkdəyik. Burada Rusiya özü də bir güc mərkəzinə çevrilməkdədir. Hər nə qədər onlardan geri qalsa da, Avropa özü fərqli bir güc mərkəzi formalaşdırmaq istiqamətində addımlar atır. Yəni biz ənənəvi Qərb, ABŞ müttəfiqliyindən ziyadə bu iki mərkəzin fərqli güc mərkəzi olacaq bir reallıqla qarşılaşırıq. Türk dövlətləri təşkilatının inkişaf etməsi ilə qarşıya qoyulan məqsədlərə çatılması halında artıq yeni bir güc mərkəzi olan türk birliyindən danışa biləcəyik. Artıq onsuz da belə deyək, beynəlxalq münasibətlər sistemində güc başlamışdır. Bu proses başlayıb və bunun məntiqi yekunlarını biz yaxın 5 il, 10 il 15, bəlkə maksimum 20 il ərzində görəcəyik. Mən düşünürəm ki, indi elə bir situasiyadır ki, heç bir mərkəz birinci atəş açan tərəf olmaq istəməz, çünki bu, onun özünün beynəlxalq gücünə mənfi təsir nəticələr doğura bilər. Yəni həmin tərəf öz gücünü, potensialını müəyyən qədər itirmək təhlükəsi ilə və ya o gücün əhəmiyyətli dərəcədə zədələnməsi reallığı ilə qarşılaşa bilər. Onsuz da bu beynəlxalq güclər arasındakı münaqişələr qarşıdurmalara biz şahid olmaqdayıq. Məsələn, mübarizə formaları dəyişib. Bu gün beynəlxalq güc mərkəzləri bir birləri ilə ikili şəkildə mübarizə aparmırlar. Buraya texnologiya sahəsində, məsələn, raket hücumların bir ölkənin digərinə qarşı hücumlar təşkil etməsini, eyni zamanda iqtisadi müharibələrini misal göstərə bilərik. Ən əsası isə əgər söhbət qarşıdurma deyərkən əsas mahiyyət etibarilə hərbi qarşıdurmalardan gedirsə, beynəlxalq güc mərkəzlər proksi qüvvələri istifadə etməklə biri digərinin maraqlarına zərbə vurmağa və proksi qüvvələri istifadə etməklə öz maraqlarını həmin bölgədə həyata keçirməyə cəhd göstərirlər. Bu da onsuz da onlar arasında faktiki qarşıdurmaların yaşandığını göstərir. Sadəcə, dediyimiz kimi, indi mahiyyət dəyişib, beynəlxalq güc mərkəzləri birbaşa ikili şəkildə, bir birilərinə qarşı mübarizə, qarşıdurma aparmırlar”.

 

Aysel Mirzəyeva