Aİ-nin Azərbaycandakı nümayəndəsi Azərbaycanı təbrik edib

Bölmə: Siyasət › ,
Tarix: 22:02 23.05.2025

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko 2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcəyinə görə Azərbaycanı təbrik edib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

 

“2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcək Azərbaycanı təbrik edirik!”, – o yazıb.


Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Avropa Siyasi Birliyi sammitinin Azərbaycanda keçiriləcəyini bildirmişdi.