Yevlaxda qəza: Ər və arvad yaralanıb

Bölmə: Hadisə › ,
Tarix: 23:02 05.06.2025

Yevlax rayonunda avtoqəza baş verib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, minik hadisə Xanabad kəndi yaxınlığında baş verib.

Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Avtomobildə olan sürücü və həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə xəstaxanaya çatdırılıblar.

 

1998-ci il təvəllüdlü Məcidova Elnarə Rövşən qızının durumu orta ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.