Əliyar Ağayev Rusiyanın oyununu idarə edəcək

Tarix: 23:38 05.06.2025
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, ədalət təmsilçisi Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq.
Moskvada keçiriləcək qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.