Zelenskidən Putinin qisas hədələrinə cavab

Bölmə: Dünya › ,
Tarix: 08:46 06.06.2025

2025-ci ilin əvvəlindən etibarən Rusiya Ukrayna ərazisinə hücumlar zamanı təxminən 27 700 aviabomba, 11 200-ə yaxın “Şahid” və təxminən 9 000 digər zərbə PUA-sı tətbiq edib. Bundan əlavə, düşmən 700-dən çox raket, xüsusilə ballistik raketlər buraxıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.


O, rusların Ukraynaya qarşı bu cür intensiv hücum tempini müharibənin ilk günlərindən etibarən şüurlu şəkildə seçdiyini vurğulayıb. Prezidentin sözlərinə görə, Kreml başqa ölkələrin insanlarını öldürmək imkanı əldə etmək üçün öz dövlətini daxildən yenidən qurub.