Bundesliqa klubu fransalı futbolçunu transfer edib

Tarix: 17:02 06.06.2025
Almaniya Bundesliqası təmsilçisi "Ştutqart" Fransanın "Renn" klubundan Lorents Assinyonu transfer edib.
"İnformator.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ştutqart təmsilçisi müdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Qeyd edək ki, L.Assinyon 2024/2025 mövsümündə “Renn”in heyətində 34 matça çıxıb, 3 qola, 4 məhsuldar ötürməyə imza atıb.