9 qollu oyunda İspaniya finala çıxıb!

Tarix: 21:13 06.06.2025
"İspaniya daha güclüdür. "Qırmızı furiya" son illər gənc futbolçulara güvənir və onlarda daha yaxşı çıxış edirlər. Avropa çempionunu cütün favoriti hesab edirəm. Portuqaliyaya gəlincə, Avropa braziliyalıları ispanlar önündə aciz görünürlər".
Bu sözləri TodayPress.TV saytının redaktoru Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, heyətdə dünya futbolunun ulduz futbolçusu Kriştianu Ronaldo var:
"Rekordlar sıralayan forvard İspan müdafiəsi önündə çətinliklərlə üzləşəcək. İspanların fransızlardan 4 qol alması sizi aldatmasın. Prineylilər arxayınlaşdıqlarından "xoruzlar" kişiləşdilər. Portuqaliyanı finalda şanslı görmürəm.
Bu matç Lamin Yamal - Kriştianu Ronaldo qarşıdurması kimi önəm daşıyır. Birinci karyerasının yüksəlişində, ikinci isə enişində olmasa da, artıq yaş öz sözünü deyir. Demək olar ki, bütün futbolçular Yamalı zərərsizləşdirməkdə çətinlik çəkirlər. Kollektivə oynayan Lamin baxımlı zərbələri ilə də diqqət çəkir".
Müsahibin sözlərinə görə, Yamal fransızlarla oyunda olduğu kimi, portəgizlərlə də tarix yaza bilər:
"Qarşı tərəfdə isə Ronaldo flaqmandır. Ara-sıra komanda üçün çalışır, əsasən fərdi gedişlərə üstünlük verir.
Mən hər iki komandanı bəyənirəm. Finalın favoriti İspaniyadır. Yeri gəlmişkən Portuqaliya Millətlər Liqasının qalibi olub. Münhen finalında Avropa çempionu İspaniyanın Millətlər Liqasını da qazanacağına şübhə etmirəm".
Zəhra Möhübbətova