Daxili İşlər Nazirliyi vətəndaşlara XƏBƏRDARLIQ edib- Sərt tədbirlər görüləcək

Tarix: 20:23 18.06.2025
Polis əməkdaşları vasitəsilə məişət səs-küyü ilə bağlı müəyyən olunan normalara əməl olunmasına dair nəzarət tədbirləri davam etdirilir.
"İnformator.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkarlandıqda, ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülür.
Həmçinin qeyd olunub ki, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrində hərəkətdə olan nəqliyyat vasitələrində yüksək səslə musiqiyə qulaq asmaq və tez-tez səs siqnalından istifadə etmək qanunla qadağandır. Bu cür hallar ictimai asayişin pozulması hesab olunur və nəqliyyat vasitəsinin saxlanılması üçün qanuni əsas yaradır.
"Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görülməsi nəzərdə tutulur", - deyə DİN-dən bildirilib.