Azərbaycan Aktauda keçiriləcək beynəlxalq tibb konqresində iştirak edəcək

Tarix: 20:36 18.06.2025
İyun ayının 19-20-də Aktau şəhərində Xəzəryanı ölkələrin II Müxtəlif ixtisaslı Endocərrahiyyə Konqresi keçiriləcək.
"İnformator.az" Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan Endocərrahiyyə Assosiasiyasının prezidenti Vladimir Kotlobovskinin sözlərinə görə, bu, ilin endocərrahiyyə sahəsində ən mühüm və miqyaslı tədbirlərindən biridir və regionda tibbin inkişafına müsbət təsir göstərəcək.
Konqres çərçivəsində Qazaxıstan, Türkiyə, Azərbaycan, Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Monqolustan və digər ölkələrdən aparıcı cərrahlar, alimlər və tibb təşkilatlarının nümayəndələri bir araya gələcəklər.
Konqres ərəfəsində iyunun 17-18-də Aktau şəhərində yerləşən klinik bazalarda master-klaslar təşkil olunub.