Çindən ABŞ-yə xəbərdarlıq

Bölmə: Siyasət › ,
Tarix: 08:31 07.07.2025

 


"ABŞ-nin suveren dövlətin nüvə obyektlərini bombalaması nüvə fəlakətinə gətirib çıxara bilər ki, bunun bədəlini bütün dünya ödəyəcək", - deyə o bildirib.


Mövzu ilə bağlı “İnformator.az”a politoloq Yusif Bağırzadə bildirir ki, ABŞ və Çin münasibətləri xüsusilə də son dönəmlərdə, yəni Trampın hakimiyyətə qayıdışından sonra kifayət qədər mürəkkəb  qədəm qoyub:


“İlk əvvəl Trampın Çin məhsullarına tətbiq etdiyi yeni tariflər və iki ölkə arasında olan gərgin münasibətləri daha da gərginləşdirib. Düzdür, Çinin müvafiq addımları ilə sonradan müəyyən qədər yumşalma olsa da amma bu iki süper güc arasında münasibətlərin normallaşması anlamına gəlmir.
Məsələ burasındadır ki, Çinin iqtisadi sahədə artan gücü ABŞ -ni ciddi şəkildə narahat edir. Ağ ev Pekini özünün əsas rəqibi olaraq görür. ABŞ-nin davamlı şəkildə Çinin yaxınlığında yerləşən müttəfiq ölkələri silah və texnika sarıdan gücləndirməsi və həmin istiqamətdə özünün hərbi gücünü artırması isə Çini narahat edir. Yəni belə demək olar ki, ABŞ ilə Çin arasında münasibətlər onsuz da gərgindir və Çinin İranın nüvə obyektlərinə vurulan zərbələrlə bağlı bəyanatı indiki məqamda münasibətlərin daha da gərginləşdirilməsində elə də böyük əhəmiyyət kəsb etmir. Çin hər nə qədər ABŞ-ni qınayan bəyanatlarla çıxış etsə də İranın bombalanması zamanı konkret addımlar atmaqdan çəkinib və sadəcə bəyanatlarla kifayətlənib. Bu şəkildə bəyanatlar isə daha çox İranı itirməmək naminə verilən bəyanatlardır. Tramp hakimiyyəti də bunu başa düşür”.


Ekspertin sözlərinə görə İranın nüvə proqramı ətrafında yaranan gərginliyindən də danışıb:


“Bu böyük ölçüdə hər kəsi narahat edir. İstər bölgə ölkələri, istərsə də Körfəz ölkələri İranın nüvə proqramından narahatlıq duyurlar. Açıq demək lazımdır ki, hətta İrana müttəfiq kimi görünən ölkələr belə İranın nüvə silahına malik olmasını istəmirlər. Problem ondadır ki, heç kim İranın nüvəni yalnız dinc məqsədlər üçün zənginləşdirdiyinə inanmır. İranın nüvə proqramını dinc məqsədlər üçün davam etdirə bilməsinin yolu isə beynəlxalq nəzarətin təmin olunmasından keçir. Əgər İran nüvə sazişinə qayıdıb, beynəlxaq konsorsium vasitəsilə nüvə proqramının nəzarətə götürülməsinə razılıq verərsə təbii ki, bu digər ölkələri də qane edər və faktiki olaraq İrana əlavə hücumların da qarşısını alar. İndi İranın hər hansı bir ölkəyə bəhanə verməməsi üçün müvafiq razılşamanı qəbul etməsi ən düzgün addım olardı. Bu həm də İrana qarşı tətbiq olunan sanksiyaların tədricən aradan qaldırılmasına və ölkənin inkişafına təkan verər. Yox İran müvafiq razılşamaya isti baxmayacaqsa o zaman istər hərbi, istərsə də iqtisadi baxımdan daha ağır təzyiqlə üzləşəcək. Düşünürəm ki, İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllinə hələ ki, imkanlar var və rəsmi Tehran da bu imkandan gec-tez yararlanmaq məcburiyyətində qalacaq”.


Asiman Vəliyeva