Puyol Azərbaycanla bağlı məşhur trendə qoşulub

Tarix: 14:15 07.07.2025
"Barselona" klubunun əfsanəvi kapitanı Karles Puyol məşhur "Çay verərsən?" trendinə qoşulub.
"İnformator.az" "Oxu.az"a istinadla xəbər verir ki, məşhur aşbaz CZN Burak (Burak Özdemir) trendə çevrilən videonu Karles Puyol ilə birlikdə çəkərək sosial şəbəkə hesabından paylaşıb.
Paylaşım qısa müddət ərzində dörd milyon insan tərəfindən izlənib, 260 min bəyəni toplayıb.
Qeyd edək ki, Karles Puyol 1995-ci ildə futbolçu karyerasına başladığı "Barselona" klubunda 2014-cü ilədək çıxış edib.