Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başlayıb

Tarix: 15:54 07.07.2025
Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.
"İnformator.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.
Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.