“Fənərbaxça" kolumbiyalı futbolçu alıb

Tarix: 18:14 07.07.2025
"Con Duranın transferini çox uğurlu hesab etmək olar. Çünki gənc olmasına baxmayaraq çox keyfiyyətli, bacarıqlı, istedadını bu günə qədər sübut edən futbolçudur. O ilk vaxtlarından yetərincə məhsuldarlıq nümayiş etdirib. Ötən mövsümün əvvəlində Çempionatda ilk 5 tura 4 qol vurmağı, sonra isə Çempionlar liqasında Bavariyaya qol vurmağı ilə mövsümə çox yaxşı start verdiyini göstərib".
Bu sözləri idman eksperti, jurnalisti Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, ancaq o qışa doğru bir qədər məhsuldarlığı düşürdüyünə görə transfer olunub:
"Dura çox ciddi məbləğə transfer olub: 77 milyon və əlavə olaraq 13 milyon, ümumilikdə 90 milyona gəlib çıxır. Bu isə Səudiyyə Ərəbistan Liqasının tarixində Neymardan sonra ən bahalı transfer hesab olunur, yəni bu pulu ərəblər boşuna vermirlər.
Mütəxəsislər də qeyd edirlər ki, Con Duran Ərəbistanda çox ürəksiz oynayır və öz istedadını ortaya qoymağı bacarmır, bəlkə də bunu istəmir? Çünki yəqin ki, bu səviyyədə olan bir futbolçu hər hansı bir iş ortaya qoya bilərdi, ancaq dediyim kimi, mütəxəsislər də onun Ərəbistanda uyğunlaşmadığını deyirlər. Üstəlik o komanda da Kriştiano Ronaldo oynayır və onun kölgəsində qalır. Ronaldonun da müqavilənin müddətini uzatmasından sonra Con Duran onun kölgəsindən çıxa bilməyəcəyini qəbul edib".
Müsahibimizin sözlərinə görə, "Fənərbaxça"ya gəlişi futbolçuya çox kömək edəcək:
"Ən azı Avrokuboklarda çıxışlar nümayiş etdirəcək. Bu isə daha maraqlı çempionatdır. Bu Duran baxımından çox yaxşı qərar olub. Həmçinin "Fənərbaxça" üçün dı önəmlidir. Komandanın hücum xəttində problemlər var idi, Duran kimi futbolçunun transferi çox kömək olacaq. Buna görə də onun Türkiyə Çempionatına uyğunlaşmasında bir problemlem olmayacaq.
Müqavilənin 1 illik müqavilə olması normaldır, çünki ortada çox ciddi transfer məbləği var, çox ciddi maaş məsələsi var. Ona görə də, hazırkı vəziyyətdə eyni pulu ödəyib "Fənərbaxça"nın yeni futbolçu almağı çətin məsələdir. Onun yerinə Avropadan daha çox futbolçu almaq olar. Buna görə də icarəyə götürüb, 1 il adaptasiya olub olmayacağını yoxlayıb, yaxşı olarsa, müqavilənin uzadılması nəzərdə tutulub. Hər iki tərəf üçün uğurlu olacağını düşünürəm və arzu edirəm".
Zəhra Möhübbətova