“20 Yanvar” metrostansiyası yaxınlığında yanğın

Tarix: 18:18 07.07.2025
Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.