Fenerbahçədən Asensio üçün yeni təklif

Tarix: 20:18 07.07.2025
Fenerbahçe, PSG-də çıxış edən ispan futbolçu Marko Asensio üçün yeni təklif irəli sürüb.
Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən sarı-lacivərdlilər, ilk transferini Al Nassr-dan Cxon Duranı icarəyə götürməklə reallaşdırıb.
Haber Global TV-nin idman müdiri Sərcan Hamzaoğlunun məlumatına görə, Fenerbahçe Asensionun menecerinə illik 12 milyon avro maaş təklif edib.
PSG ilə razılıq demək olar ki, əldə olunub. Fransız klubu, futbolçu ilə razılıq əldə olunacağı təqdirdə transferdə asanlıq göstərəcəyini Fenerbahçəyə bildirib.
Haber Global
Xəlilli Nigar