Pakistan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

Bölmə: Siyasət › ,
Tarix: 22:27 07.07.2025

Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif səviyyələrdə öz təsdiqini tapmaqdadır. Bu münasibətlərin daha bir təzahürü Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin Azərbaycana səfəri çərçivəsində baş tutub. Səfər zamanı o, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Zəfər parkını ziyarət edib. 

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki , Sərdar Ayaz Sadiqin ölkəmizə səfəri Azərbaycan -Pakistan arasındaki əlaqələrin daha da inkişaf etməsini, əlaqələrin güclənməsini göstərir:

 

"Bildiyimiz kimi , Azərbaycanla səmimi dostluq - qardaşlıq münasibətinə malik olan ölkələrdən biri də Pakistandır. Pakistan hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanıyıbdır. Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə pisləyibdir və bütün beynəlxalq platformalarda , xüsusilə də , İslam Əməkdaşlıq Təşkilatında , digər təşkilatlarda hər zaman bizim mövqelərimizi müdafiə edibdir, Azərbaycanın haqlı mövqelərini müdafiə edən qətnamələrin qəbul olunmasında çox böyük töhfə veribdir.Hesab edirəm ki , Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfəri Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından çox əlamətdar hadisədir və Zəfər parkını ziyarət etməsi ona dəlalət edir ki , Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə , onun ərazi bütövlüyünün təmin olunmasına ən çox və səmimi sevinən də qardaş Pakistandır.Azərbaycanla Pakistan əlaqələri elə müstəqilliyimizin ilk illərindən çox sıx və sürətlə inkişaf edibdir.Xüsusi vurğulamaq lazımdır ki , Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə onunla diplomatik əlaqələrini Türkiyədən sonra pozubdur.Bu da bir daha dəlalət edir ki , Pakistan Azərbaycanın haqlı mövqelərini hər zaman dəstəkləyibdir".

 

Ekspert iki ölkə arasında strateji tərəfdaşlıq baxımından hansı addımların atıldığından da söz açıb:

 

"Hazırda Azərbaycan Pakistanla müxtəlif sahələrdə əməkdaşlıq imkanları formalaşdırmaqdadır.Xüsusilə də , hərbi-texniki sahədə Azərbaycan Pakistanla əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.Bu baxımdan hesab edirəm ki , artıq Azərbaycanla Pakistan öz münasibətlərini daha keyfiyyətli mərhələdə inkişaf etdirməkdədirlər.Strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi həm İslam dünyasında birliyin gücləndirilməsi baxımından çox əhəmiyyətlidir , həm də ayrıca olaraq böyük bir regionda əlavə təhlükəsizlik təminatlarının yaradılması baxımından vacibdir.Bir daha vurğulamaq istəyirəm ki , Pakistandam olduqca səmimi dostluq münasibəti görmüşük və Pakistan həmişə öz mövqeyində sabit və aşkar olubdur.Yəni , Azərbaycanla olan əlaqələrin maraqlı olduğunu göstərməklə yanaşı , özünün addımları ilə də bunu sübut edibdir.Azərbaycan hər zaman Pakistana yaxından dəstək olubdur.Buna görə düşünürəm ki , Pakistan Milli Assambleyasının sədrinin Sərdar Ayaz Sadiqin Azərbaycana səfəri bizim inkişafımızı, xüsusilə də , Parlamentlərarası əlaqələri daha da irəli aparacaqdır. Nəzərə almaq lazımdır ki , Pakistanın baş naziri qısa müddət ərzində bir neçə dəfə ölkəmizə səfər edibdir və bu da əlaqələrin yüksək inkişaf səviyyəsinə və gələcək perspektivliklərindən xəbər verir".

 

Nəzrin Məmmədova