Azərbaycan diplomatları Bakıda məhkəməsi keçirilən erməniəsilli şəxslərin cinayətləri barədə məlumatlandırılıb

Tarix: 19:47 07.07.2025
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda üçüncü paneli Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Azərbaycan Baş prokurorunun birinci müavini Elçin Məmmədovun əsas natiqlər qismində iştirakı ilə baş tutub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Panel müzakirəsi çərçivəsində Azərbaycan ərazilərinin işğalı, habelə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan tərəfindən törədilmiş cinayətlərlə bağlı ölkəmiz tərəfindən başladılan beynəlxalq məhkəmə prosesləri, habelə Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesindən bəhs olunub.