Tramp Briks tərəfdarı olan ölkələri hədələyib

Tarix: 20:01 07.07.2025
ABŞ prezidenti Donald Tramp Briks alyansının ABŞ-nin maraqlarına zidd olan siyasətlərinin tərəfdarı olan ölkələrə əlavə 10% rüsum tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
Tramp sosial şəbəkədə yazıb: "BRİKS-in anti-amerikan siyasətinə uyğun gələn hər bir ölkədən ƏLAVƏ 10% tarif tətbiq olunacaq. Bu siyasətdə heç bir istisna olmayacaq".
Tramp uzun müddətdir üzvlərinə Çin, Rusiya və Hindistanın daxil olduğu Brics təşkilatını tənqid edib.
BBC
Nəzrin Məmmədova