“ Viktor Orban hakimiyyətdə olduğu müddətcə Ukraynanın Aİ-yə üzv olacağına çox da inanmıram”-ŞƏRH

Tarix: 20:07 07.07.2025
Avropa İttifaqına (Aİ) üzv ölkələr Macarıstanın nümunəsini izləyərək Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirsəydilər, əhalinin əksəriyyəti bu addıma qarşı çıxardı.
Mövzu ilə bağlı “İnformator.az” a politoloq Zeynal Əmrəliyev bildirir ki, Macarıstanın Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı səsləndirdiyi fikirlər şübhəsiz ki, Viktor Orbanın siyasətinin nəticəsidir:
“Məlum olduğu kimi, Avropa İttifaqının digər dövlətlərindən fərqli olaraq Orban bir qədər rus milli siyasət yürüdür. Buna görə də faktiki olaraq Avropa İttifaqı içərisində Ukraynaya bir qədər sərt münasibət göstərir. Bundan əvvəl də Ukrayna ilə bağlı qəbul edilən qərarlara Macarıstana qarşı çıxıb və rəsmi Budapeşt görünür ki, Rusiya ilə münasibətlərin tamamilə kəsilməsini istəmir. Viktor Orban hal hazırda Vladimir Putinin əsas müttəfiqi olaraq ittifaq daxilində çıxış edir. Bu, şübhəsiz ki, diplomatik bir qədər də iqtisadi yaxınlaşma ilə bağlıdır. Yəni həmçinin iki liderin, yəni Orban və Putinin bir biri ilə yaxınlığı bu prosesdə aparıcı rol oynayır”.
Həmçinin şərhçi qeyd edir ki, Macarıstan Avropa İttifaqından müstəqil siyasət yürütməyə çalışır:
“Hətta hakimiyyətə gəlməmişdən əvvəl də Avropa İttifaqının, o siyasətinə boyun əyməyəcəkdir və Macarıstanın öz maraqlarına uyğun siyasət tətbiq edəcəyini bildirdi. Macarıstanda keçmiş sovet ölkəsi olaraq, həmin dövrdə də, yəni müstəqil olduqdan sonra da, sosializm rejimi Macarıstanda dağıldıqdan sonra da Rusiya ilə münasibətləri müəyyən qədər isti saxlayan ölkələrdən biridir. Yəni Rusiya ilə Macarıstanın iqtisadi əlaqələri kifayət qədər inkişaf etmişdir. Macarıstan, məsələn, Rusiyadan ucuz qiymətə enerji tədarük edirdi. Amma Rusiya - Ukrayna müharibəsinin başlaması bu məsələdə ciddi şəkildə problemlər yaratdı. Budapeştin istədiyi Brüsselə tabe olmamaqdır. Avropa İttifaqın üzvü olmasına baxmayaraq, müstəqil siyasət yürütməkdir. Və açıq aydın şəkildə görünür ki, Avropa İttifaqını rəhbərliyinin də Macarıstan rəhbərliyinə bu məsələdə təzyiq bıçaqları yoxdur ki, onu Ukraynaya dəstək məsələsində razı sala bilsinlər. Macarıstan bu siyasətini şübhəsiz ki, davam etdirəcək. Açıq desək, nə qədər ki, Viktor Orban hakimiyyətdə olduğu müddətcə Ukraynanın bu ittifaqa üzv olacağına çox da inanmıram. Çünki faktiki şəkildə Orban buna qarşı çıxır və Avropa İttifaqının rəhbərliyi də Macarıstan rəhbərliyinə təzyiq etmək imkanlarına malik deyil”.
Aysel Mirzəyeva