"Barselona" qapıçısı ilə müqaviləni uzadıb

Bölmə: Dünya › ,
Tarix: 21:00 07.07.2025

Qapıçı Voytsex Şensnı İspaniyanın "Barselona" klubu ilə müqaviləni uzadıb. 

 

"İnformator.az" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilin yayınadək nəzərdə tutulub. 


Polşalı oyunçu komandaya 2024-cü ilin oktyabrında qoşulub. 35 yaşlı qolkiper ötən müddətdə "Barsa"da bütün turnirlərdə 30 oyuna çıxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb. Transfermarkt ona 1 milyon avro qiymət qoyub.