Hindistanda baş verən sel fəlakətində ölüm sayı 78-ə çatıb

Tarix: 22:22 07.07.2025
Hindistanın Himaçal Pradeş əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 78-ə yüksəlib.
Yeni Dehlidə yerləşən NDTV telekanalının xəbərinə görə, Hindistanın şimalında yerləşən Himaçal Pradeş əyaləti 20 iyun tarixindən bəri musson yağışlarının təsiri altındadır.
Əyalətdə güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 78-ə, yaralananların sayı isə 121-ə yüksəlib.
Əyalətdə 243 yol bağlanıb və müxtəlif bölgələrdə itkin düşmüş 37 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.
Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal Pradeş üçün verdiyi xəbərdarlıqda güclü yağışların 9 iyula qədər davam edəcəyinin gözlənildiyini bildirib.
Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.
TRT XƏBƏR
Lalə Qurbanlı