"Barselona" qapıçısı ilə müqaviləni uzadıb

Tarix: 19:57 08.07.2025
"Barselona" komandası Voyşex Şensni ilə müqaviləsin uzadıb. Bu qərar stratejik bir addımdır. Çünki bildiyimiz qədərilə "Barselon"a klubu hazırda həm "UEFA" və Laliqa vasitəsilə müəyyən maliyə sanksiyaları ilə üz-üzədir. Bu hal da klubun maliyə sıxıntıları ilə üzləşməsinə səbəb olur".
Bu sözləri Quba PFK işçisi Fərid Əliyev "İnformator.az"a açıqlamasında deyib ki, buna görə heyətlərində olan müəyyən futbolçuları qoruyub saxlamağa çalışacaqlar:
"Voyşex Şensniin son mövsümdə göstərdiyi performansda əlbətdəki müqavilənin uzadılmasına təsir edən əsas amillərdəndir. Səhv etmirəmsə, son mövsüm 30 oyunda əsas heyətdə meydana çıxıb və 14 oyun qapısını toxunulmaz saxlayıb. Müqavilənin uzadılmasına səbəblərdən biri də budur. Sözsüz ki, hər bir oyunçunun komandada qalması və yaxud getməsi müəyyən stratejik addımlardır. Hələ ki, bu "Barselona" kimi dünya futboluna istiqamət verən klublardan biridirsə, müqavilənin uzadılması transfer siyasətinə müsbət təsir göstərəcək".
Zəhra Möhübbətova