“Fransada vergi yüksək olsa da, sosial öhdəlikləri qarşılamır"-ŞƏRH

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:05 08.07.2025

Fransa hökuməti sosial ödənişlərin indeksləşdirilməsindən imtina etməyi planlaşdırır.

Fransa hökuməti büdcəyə qənaət etmək üçün 2026-cı ildə pensiya və ailə müavinətləri də daxil olmaqla sosial ödənişlərin inflyasiyaya görə indeksləşdirilməsindən imtina etməyi planlaşdırır.

Bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.

Gələn həftə Fransanın Baş naziri Fransua Bayru ölkənin 2026-cı il büdcə layihəsini təqdim edəcək. Onun ÜDM-in 4,6 %-i səviyyəsində kəsiri qarşılamaq üçün büdcəyə əhəmiyyətli qənaət tədbirlərini əhatə edəcəyi gözlənilir.

 

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki, Fransada sosial təzminatları indeksləşdirilməsinin əleyhinə qəbul edəcək qərar onu göstərir ki, Fransada problem mövcuddur:

 

“Orada kontinental Avropa maliyyə və iqtisadi sistemi tətbiq olunur. Vergilər yüksəkdir, sosial təzminatlar buna görə də yüksəkdir. Bu səbəbdən problemlər mövcuddur, baxmayaraq ki, vergi yüksəkdir. Sosial təzminatı ödəmək olmur. Yaşlı əhali durmadan artır, gənclər azalır. Bu səbəbdən məcburi köçkünlər və miqrantlar gəlirlər. Miqrantlar da digər problem yaradır. Fransada və Avropanın bir çox ölkələrində bu problemlər mövcuddur. Görünür ki, büdcə problemi var. Gəlir hissəsində, borclanma da var. Büdcənin doldurmaq üçün borc alırlar. Tramp gəldikdən sonra borclanma azalmağa başlayıb. Fransada buna oxşar addım atmaq istəyir. Amma Fransanın problemləri daha çoxdur. Amerika Birləşmiş Ştatlarında belə yüksək vergi dərəcələri yoxdur”.

 

Ekspert qeyd edib ki, bu Azərbaycanda da keçirilir:

 

“Bizdə pensiyada indeksləşmə keçirilir. Hər ildə digər sosial təzminatlar indeksləşir. Cənab Prezidentin müvafiq sərəncamları ilə tənzimlənir. Hər il qiymətlər artır. Təbii ki, büdcədə qarşılamaq üçün vəsaitlər ayrılır. Aydın məsələdir ki, sosial təminatda problemlər yarana bilər. Amma ayrı-ayrı iqtisadi layihələr var. Orada sosial təzminatı deyil, struktur layihələri daha çox pul ödənilir. Bunlar infrastruktur, sahibkarlara xüsusi yardım kampaniyalarıdır. Bunlarda sahibkarlıq sinifi inkişaf edirsə, işçilərin maaşı yüksəlir. Sosial təzminatları artırmasalar da, digər layihələrə yönəlir. Ortada problem yaranmır. İki yolu var: sosial təzminatlar artırılmalıdır, infrastruktur layihələri artıraraq iqtisadiyyatı stimullaşdırılmalıdır”.

 

Nuray Əliyeva