Şəmkir sakinləri Gədəbəydə qəzaya düşüblər-xəsarət alanlar var

Bölmə: Sosial › ,
Tarix: 22:07 08.07.2025

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

 

Şəmkir rayon Atabəy kənd sakini 1961-ci il təvəllüdlü Vidadi Həsənovun idarə etdiyi "Niva" markalı avtomobil digər maşınla toqquşub.

 

Qəza zamanı sürücü və avtomobildə olan digər sərnişin 1962-ci il təvəllüdlü Əhliman Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.