Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında transformator istehsal ediləcək

Tarix: 14:52 09.07.2025
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında transformator istehsal ediləcək.
"İnformator.az" "Teleqraf"a istinafən xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib.
Yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində transformator istehsalı müəssisəsi yaradılacaq. Müasir avadanlıqlardan istifadə ediləcək müəssisədə il ərzində 3 min ədəd transformator istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 17 milyon manata yaxındır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.