Yəmən regional böhranların içinə daha da cəlb edilməməlidir- BMT

Tarix: 22:51 09.07.2025
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndəki mövcud vəziyyətin son dərəcə həssas olduğuna diqqət çəkərək, ölkənin daha da qeyri-sabitləşməsinin qarşısını almaq üçün regional böhranların içinə cəlb edilməsinə yol verilməməli olduğunu bildirib.
BMT Təhlükəsizlik Şurasında (BMTŞ) Yəməndəki son vəziyyət müzakirə olunub.BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Grundberq Yaxın Şərqin son dərəcə çalxantılı və qeyri-müəyyən bir dövrdən keçdiyini bildirib və İran ilə İsrail arasında əldə olunan atəşkəsin diplomatiyaya yenidən təkan verəcəyinə ümid etdiyini söyləyib.
Grundberq Yəmənin hazırda olduqca həssas durumda olduğunu qeyd edərək vurğulayıb:
“Daha çox qeyri-sabitliyin qarşısını almaq üçün ölkənin regional böhranların içinə çəkilməsinə imkan verilməməlidir”.
O, hərbi seçimin Yəmənin çəkdiyi əzabları daha da dərinləşdirə biləcək təhlükəli bir illüziya olduğunu bildirərək, danışıqların asan olmasa da ən yaxşı seçim olduğunu və tez bir zamanda hərəkətə keçilməsinin vacibliyini qeyd edib.
Grundberq Yəməndə həbsdə olan bütün BMT əməkdaşlarının azad olunması tələbinə bir daha toxunaraq, “Bu məsələni izləməkdən vaz keçməyəcəyik”– deyə bəyan edib.
TRT XƏBƏR
Lalə Qurbanlı