Bayraktar Azərbaycan, Venesuela, İraq və Qazaxıstanın enerji nazirləri ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 22:48 09.07.2025

 

Nazir Bayraktar 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində səfərdə olduğu Vyanada Azərbaycan, Venesuela, İraq və Qazaxıstandan gələn nazirlərlə enerji sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib.

Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar sosial media platforması X-də etdiyi paylaşımda Azərbaycan Energetika Naziri Pərviz Şahbazovla görüşündə iki ölkə arasındakı dərin enerji tərəfdaşlığını regional və qlobal səviyyədə daha da irəli aparacaq mövzuları müzakirə etdiklərini bildirib.

“Xəzərdən Avropaya uzanan enerji dəhlizlərinin təhlükəsiz, dayanıqlı və çoxşaxəli bir quruluşa qovuşmasında Türkiyə-Azərbaycan tərəfdaşlığının tamamlayıcı rolunu bir daha təsdiqlədik”– deyə Bayraktar qeyd edib. O, həmçinin üçüncü ölkələrdəki birgə təşəbbüslərdən tutmuş yaşıl transformasiya hədəflərinə qədər geniş baxış bucağı ilə aparılan əməkdaşlığı dəyərləndirdiklərini vurğulayıb.

TRT XƏBƏR
Lalə Qurbanlı