AB pandemiyaya hazırlığı gücləndirir

Bölmə: Dünya › ,
Tarix: 20:20 09.07.2025

Avropa Birliyinin böhran üzrə rəhbəri Hadja Lahbib bildirib ki, AB vaksinlər, diaqnostika vasitələri və müalicə preparatları da daxil olmaqla prioritet tibbi ləvazimatların mərkəzləşdirilmiş siyahısını hazırlayacaq və üzv ölkələrlə koordinasiyalı ehtiyat şəbəkəsi yaradacaq.

 

2027-ci ilə qədər AB-nin Səhiyyə Təcili Yardım Hazırlığı və Cavab Agentliyinə yatırımlar iki dəfə artırılaraq 200 milyon avroya çatdırılacaq ki, bu da tədqiqat və inkişaf işlərini dəstəkləyəcək.

 

Yeni yaradılacaq Tibbi Qarşı tədbirlər Akseleratoru şirkələrə innovativ səhiyyə texnologiyalarının inkişafı üçün maliyyə vəsaitinə çıxış imkanı verəcək. Eyni zamanda, Avropa aeroportlarında tullantı sularının nəzarət sistemi potensial yoluxma hallarını real vaxtda izləyəcək.

 

AB, həmçinin Medifence təşəbbüsü çərçivəsində NATO ilə əməkdaşlıq edərək həm mülki, həm də hərbi istifadə üçün yararlı olan ikili təyinatlı tibbi qarşı tədbirləri müəyyənləşdirəcək.

 

ANEWZ

Gülhüseynova Güllər