“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı matçlarının tarixi bilinib

Bölmə: İdman › ,
Tarix: 20:49 09.07.2025

"Qrup mərhələsində biizm 3 rəqibimiz var. Klub, məşqçi heyəti, rəhbərlik olaraq həmişə belə yanaşdıq ki, asan rəqib olmur, hər bir rəqibə isə hörmətlə yanaşırıq. Biz gər oyuna ciddi hazırlaşırıq. Alınmayan oyun əlbəttə ki, olur. Keçən il 2 oyuna qalib gəldik, meydan sahibi ilə çox gərgin oyunda mübarizə apardıq, öz səhvlərimizdən məğlubiyyətimiz də olub. Bu il o nəticələrdən daha doğru-düzgün strategiya seçəcəyik".

 

 

Bu sözləri Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, adətən qrup keçirilən ölkənin klubu, təmsilçisi daha güclü olur və öz doğma azarkeşlərin dəstəyinə böyük ümid bəsləyir:

 

 

"Güman edirəm ki, bu mərhələdə də elə olacaq. Yəqin ki, ən çətin oyunumuz ev sahibləri olacaq, amma ki, digər komandalara da siyahıdan silmək olmaz. Onlarla da ciddi mübarizə olacaq və hər 3 oyuna ciddi hazırlaşacayıq. Komandadan 9 oyunçu gedib, yeni oyunçularla artıq müəyyən irəliləyişlər var. Yəqin ki, həftə sonuna qədər artıq 3-4 oyunçunun adını sizə bildirəcəyik. Yeni və daha güclü bir komanda ilə bu yarışa qatılmaq istəyirik. Hazırlqı prosesinə isə 28 iyulda "start" verəcəyik. İlk olaraq 10-12 gün fiziki təlim məşqləri olacaq, sonra isə topla məşqlərimiz taktika üzərində qurulacaq.

 

Müsahibimizin sözlərinə görə "Araz-Naxçıvan" klubu Avropada 5-6 və ya 10 komanda arasında ən təcrübəli komandalardan biridir:

 

"Biz daimi iştirakçıyıq və son dövrlərdə müəyyən nəticələrimiz zəifləsə də, güman edirəm ki, bu ildən etibarən daha yaxşı nəticələrə nail olacayıq və reytinq cədvəlində ilk 15-lik planımızı gerçəkləşdirəcəyik. Növbəti mərhələdə isə bu nəticəni daha da yaxşılaşdırıb, əvvəlki nəticələrimizə qovuşacayıq. Bu yöndə intensiv işlər gedir və buna nail olmaq üçün çalışırıq. Fürsətdən istifadə edib, bütün bu yarışlara hazırlıq prosesində AFFA rəhbərliyinə, xüsusilə Futzal Federasiyasının prezidenti Zaur Axundova böyük təşəkkürümü bildirmək istəyirəm. Daha yaxşı nəticə göstərmək üçün diqqəti hər zaman üzərimizdədir. Komandanın yaxşı hazırlaşması üçün heç bir köməyini əsirgəmir. Biz də çalışacayıq ki, Federasiya rəhbərliyinin bu etimadını doğruldaq".

 

Zəhra Möhübbətova