Tramp: “Lazım gələrsə, ABŞ İranın nüvə obyektlərini yenidən vura bilər”

Bölmə: Dünya › ,
Tarix: 22:36 22.07.2025

"Lazım gəlsə, yenə edəcəyik!" ABŞ prezidenti Donald Tramp İranın xarici işlər nazirinin üç nüvə obyektinin iyun ayında endirilən zərbələr nəticəsində ciddi ziyan gördüyünü deməsindən sonra xəbərdarlıq edib.

 

Prezident Donald Tramp xəbərdarlıq edib ki, ABŞ “lazım gələrsə” İranın nüvə obyektlərini yenidən vura bilər. Tramp bazar ertəsi axşam İranın xarici işlər naziri Abbas Əraqçinin “Fox News” telekanalına verdiyi açıqlamadan sonra sosial şəbəkədəki paylaşımında Tehranın keçən ay ABŞ-nin bombardmanları nəticəsində zədələnməsinə baxmayaraq, nüvə zənginləşdirmə proqramından əl çəkə bilməyəcəyi barədə xəbərdarlıq edib. "Bu, ona görə dayandırılır ki, bəli, ziyan ciddi və ağırdır. Amma təbii ki, biz zənginləşmədən imtina edə bilmərik, çünki bu, öz alimlərimizin nailiyyətidir. İndi isə bundan daha çox, milli qürur məsələsidir", - deyə Əraqçi bildirib. “Truth Social” platformasında Tramp Əraqçinin nüvə obyektlərinin ciddi şəkildə zədələnməsi ilə bağlı fikirlərinə istinad edərək deyib: “Əlbəttə, onlar dediyim kimidir və lazım gələrsə, yenə edəcəyik!”

 

Euronews

Ayşən Səlimova