Ukrayna buna görə Azərbaycana təşəkkür edib

Bölmə: Dünya › ,
Tarix: 22:39 22.07.2025

Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır.


"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev məlumat verib.

 

2022-ci ildən bəri Azərbaycanda 300-dən çox ukraynalı uşaq reabilitasiyadan keçib.

 

Səfirin sözlərinə görə, yaxın vaxtlarda 30 nəfərlik daha iki qrup gələcək.

 

Y.Qusev artıq Sumı və Xarkov vilayətlərində minatəmizləmə üçün istifadə olunan “Revival-P” maşınına görə Bakıya təşəkkür edib.


Kiyev və Bakı, həmçinin ANAMA və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti arasında birgə təlim proqramları hazırlayır.