İraqlı miqrantlar Almaniyadan deportasiya olunub

Tarix: 23:03 22.07.2025
Almaniya iraqlı miqrantların bir qrupunu öz ölkələrinə deportasiya edib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, polis nəzarətində aeroporta gətirilən 43 miqrant Leyptsiq-Halle hava limanından yola düşən təyyarə ilə Bağdada göndərilib.
Qeyd edək ki, Almaniyada may ayında fəaliyyətə başlayan yeni hökumət miqrantların geri göndərilməsi prosedurunu sürətləndirib. Bu, koalisiya hökumətinin fəaliyyətə başlamasından sonra ikinci deportasiyadır. Ötən həftə 81 əfqan miqrant öz ölkələrinə yola salınıb.