Azərbaycan cüdoçuları 3 qızıl medalla başlayıb-EYOF

Bölmə: İdman › ,
Tarix: 23:05 22.07.2025

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına Azərbaycan milli komandası 3 medalla start start verib. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan hər 3 cüdoçu çempionluq sevinci yaşayıb.

 

Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.


Beləliklə, aktivində 3 qızıl medal olan yığma medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.