Türkiyədə fabrikdə partlayış baş verib

Bölmə: Hadisə › ,
Tarix: 19:04 03.08.2025

Türkiyənin Tekirdağ vilayətinin Ergene ilçəsində narkoz qazı istehsal olunan fabrikdə azot protoksit qazanında güclü partlayış baş verib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 işçi həyatını itirib.

 

Partlayışın hansı səbəbdən baş verməsi bəlli deyil. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.