Polşa səfiri İsrail XİN-ə çağırıldı -Səbəb

Tarix: 19:21 05.08.2025
Polşanın İsraildəki səfiri Matsey Hunya İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.
Məlumata görə, səfir Polşa Baş naziri Donald Tuskun və Xarici İşlər Nazirliyinin Qəzza ilə bağlı İsrail əleyhinə bəyanatları ilə əlaqədar XİN-ə çağırılıb. Bildirilib ki, xarici işlər naziri Gideon Saarın göstərişi ilə Polşa səfirinə rəsmi demarş elan edilib.