Pezeşkian Əli Laricanini yüksək vəzifəyə təyin edib

Tarix: 19:39 05.08.2025
Əli Laricani İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi təyin edilib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian sərəncam imzalayıb.
Qeyd edək ki, Əli Laricani daha öncə İranın dini rəhbəri Seyid Əli Xameneinin müşaviri olub.