Xabi Alonso "Real Madrid"ə keçəcək?-ŞƏRH

Tarix: 21:25 01.05.2025
"Alonso "Bayer"ə tarixi uğurlar qazandırdı. Klub Almaniya çempionu oldu, UEFA Avropa Liqasının finalına yüksəldi və sairə. Ancaq komanda bu mövsüm ötən ildəkindən zəif çıxış edir".
Bu sözləri futbol şərhçisi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, hazırkı proseslər nəticələrdəki eniş tendensiyasını davam etdirəcək:
"İlk baxışda uyğun məşqçilər namizəd seçilib. Amma hər mütəxəssisin öz yanaşması var və klub bütövlükdə, yəni bütün strukturu ilə o yanaşmaya uyğunlaşmalıdır. Bu isə sadə proses olmamaqla yanaşı, həm də vaxt tələb edən məsələdir. Leverkuzenin gələcək uğurlarını təmin etmək üçün yeni baş məşqçidə əsas xüsusiyyətlər vacib olacaq".
Zəhra Möhübbətova