XXI əsrin epidemiyası-Tənhalıq

Bölmə: Sosial › ,
Tarix: 22:16 13.05.2025

Tənhalıq müasir dövrün görünməyən epidemiyalarından biridir. Sosial şəbəkələrdə onlarla dost və izləyici ilə əhatələnmiş olsaq da, insanlar arasında dərin emosional bağlılıq getdikcə azalır.

 

Mövzu ilə bağlı klinik-psixoloq Gülşən Rüstəmova "İnformator.az"a açıqlamasında bildirib ki, tənhalıq və təkilk fərqli məfhumlardır. Bzəzn insanlar tənhalığı təkliklə dəyişik salırlar və yaxud da bunları eyniləşdirirlər:

 

"Ümumiyyətlə biz ictimai mühitdə yaşadığımız üçün biz özümüzü cəmiyyətin bir parçası hesab edirik. Sosial mühitin bir hissəsi olaraq, özümüzü ünsiyyətsiz təsəvvür edə bilmirik. Bir insan olaraq, artıq bu bizim ehtiyacımıza çevirilib. Amma tək qalmaq çox mühimdir. Psixoloji cəhətdən insan tək, fərd olduğunu anlamalıdır. Biz çox vaxt tənha olmamaq üçün, tənha hiss etməmək üçün ətrafımızı müxtəlif imsanlarla doldururuq. Müxtəlif cəmiyyətlərə daxil oluruq. Halbuki bizə uyğun gəlməyən, ruhumuzu oxşamayan bir yerlərə də gedirik. Təki tək qalmayaq. İnsanlar düşünürlər ki, əgər mənim əhatəmdə insan olacaqsa, mən tənha olmayacam. Tənha olmaq qəlbdəndir, ruhdandır. Tənha olmaq psixoloji durumdur. Özünü burada və indi hiss etməmək deməkdir. Cəmiyyətə, yaşadığı yerə, gördüyü işə uyğun olmayan, ünsiyyət qurduğu adamlarla uyğun olmadığını düşünən insan əhatəsində nə qədər insan olsada, o tənhadır. Sosial mediada aktiv olmağın tənhalığa təsiri fərdidir. İnsanlar sosial şəbəkədən istifadə etdiyi üçün tənhalaşmırlar, tənha olduqları üçün daha çox sosial şəbəkədən istifadə edirlər. Biz insan olaraq hər birimizin düşündüyü, formalaşdırdığı, cəmiyyətin bəyəndiyi, adekvat qəbul edilən obrazımızı geyinməyi çox xoşlayırıq. Həmin obrazımız da əgər dostluqlar qurursa, həmin obrazımız bizi tərənnüm edirsə, bu heç də o demək deyil ki, biz əsl və səmimi dostluqlar qururuq. Ona görə də istər virtual aləmdə, istər reallıqda əgər xoşumuza gəlməyən obrazı təqdim edərək əməkdaşlıqlara giririksə, deməli bu münasibəti real adlandırmaq olmaz. Bu cür insanlara belə bir mesaj verərdim ki, siz formalaşdırdığınız obrazlara o qədər alüdə olursunuz ki, öz real məninizi arada itirirsiz. Sizi qane etməyən, sizi doydurmayan gözləntilərinizin qurbanı olursunuz".


Billurə Quliyeva