İsraillə quru müharibəsi nə vaxtdır?

Bölmə: Dünya › ,
Tarix: 11:59 16.06.2025

 


İranla müharibə düyməsini basan İsrail Suriya hava məkanından həm təyyarələri, həm də uzaq mənzilli raketləri üçün istifadə edir. Dəməşq administrasiyası hava məkanını bağladığını elan etsə də, bunun praktiki qarşılığı yoxdur. Keçən həftə Dəməşq yaxınlığında "terror" səbəbiylə 1 nəfəri öldürən, 7 nəfəri isə nəzarətə alan İsrail, Suriyanı qurudan idarə edə bildiyini göstərib və Suriyanın İsraillə mümkün quru savaşının ünvanı olub-olmayacağı müzakirə edilir.


İsrailin İrana qarşı hava əməliyyatları nəticəsində başlayan qarşılıqlı qarşıdurma Tehran administrasiyasının “hipersəsli” raketləri işə salması ilə daha da şiddətlənib. Suriya-İordaniya-İraq hava məkanlarını keçərək qarşılıqlı hədəfləri hədəf alan qurudan havaya döyüşün nə qədər çatacağı merak edilərkən, İsrail və İran arasında olan ölkələr münaqişədən kənarda qalmaq üçün səy göstərirlər. İordaniya və İraq hava məkanlarını İsrail təyyarələri üçün bağladıqlarını açıqlayıb. Suriya da eyni addımı atıb. Şiə Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn sünni Əhməd Şəra administrasiyası İsrailin İrana qarşı hücumlarını pisləyərək, ölkənin hava məkanını bağladıqlarını açıqlayıb. Ancaq bu vəziyyətin praktikada nə qədər olacağı mübahisəlidir. Bölgəni izləyən analitiklər bu vəziyyətin İsraili dayandıra bilməyəcəyini deyirlər.


Haber Global
Əminə Əliyeva