“Sabah”ın Avroliqadakı rəqibi bəlli olub

Bölmə: İdman › ,
Tarix: 18:55 17.06.2025

"Rəqib Sloveniya təmsilçisi ötən avrokubok mövsümünə Çempionlar Liqasında başlayıb, oradan Avropa Liqasına yuvarlanıb, əsas mübarizəsi isə Konfrans Liqasında olub. Aşağı reytinqli olsa da, Konfrans Liqasında çıxışı yaxşı alınıb, komanda turnirin 1/4 finalınadək irəliləyib".

 

Bu fikirləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, sloveniyalılar yarımfinala gedən yolda "Fiorentina" səddini keçə bilməyib:


"Bu faktın özü ölkə kubokunu qazansa da, ümumilikdə heç də uğurlu mövsüm keçirməyən "Sabah"ın işinin asan olmayacağını deməyə əsas verir. Əsas məsələ klub olaraq özünü inkişaf etdirməkdir. Zəif klub axtarmaq mərəzindən qurtularaq başqaları üçün zəif olmamağa çalışmaq lazımdır. Hər yarış bir təcrübədir. Bir şərtlə ki, fəaliyyətin peşəkarlığa uyğun olsun".

 

Zəhra Möhübbətova