"Beşiktaş"da Rashica'ya transfer təklifi

Bölmə: İdman › ,
Tarix: 19:10 17.06.2025

"Beşiktaş", Jean Onana-nın transferi ilə bağlı "Genoa" ilə danışıqlarını davam etdirir. İddialara görə, "Genoa" yalnız Onana deyil, Rashica ilə də maraqlanır.

 

Keçən mövsümün ikinci yarısını İtaliya təmsilçisində icarə əsasında keçirən kamerunlu futbolçu Jean Onana üçün baş məşqçi Patrick Viera-nın “rotasiya üçün komandada qala bilər” hesabatı verdiyi öyrənilib.

 

İtaliya mətbuatı "Beşiktaş" – "Genoa" danışıqları ilə bağlı başqa bir iddianı da gündəmə gətirib. Xəbərə görə, "Genoa", Onana ilə yanaşı Rashica-nı da heyətinə qatmaq istəyir.

 

İtaliya klubu, kosovalı oyunçunun durumunu yaxından izləyir və "siyah-bəyazlılar"ın qapısını döyməyə hazırlaşır.

 

"Beşiktaş"ın isə Rashica üçün gələcək təklifə əsasən qərar verəcəyi bildirilir. "Siyah-bəyazlılar"ın təxminən 8 milyon avroluq təklifi qəbul edəcəyi irəli sürülür.

 

"Beşiktaş"da bu mövsüm 41 oyuna çıxan 28 yaşlı futbolçu, 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

 

2023-cü ilin yayında "Beşiktaş"a transfer olunan Milot Rashica, klubla 2 kubok qazanıb.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə