Sultanlar meydançaya qayıdır- İstanbulda ilk rəqib Dominikan Respublikasıdır

Bölmə: İdman › ,
Tarix: 19:07 17.06.2025

Türkiyə Milli Qadın Voleybol Komandası 2025 FIVB Voleybol Millətlər Liqasının ikinci həftəsinə İstanbulda başlayır. Tarixində ilk dəfə İstanbulda keçiriləcək VNL matçlarından ilki sabah saat 19:30-da Sinan Erdem İdman Salonunda Dominikan Respublikası ilə oynanılacaq.

 

Həftənin ilk oyununda Fransa ilə qarşılaşan millimiz rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb. İkinci görüşdə Taylandı 3:0 hesabı ilə məğlub edib, üçüncü görüşdə isə Polşaya 3:2 hesabı ilə qalib gəlib.

 

Mənbə: a haber
Zəhra Möhübbətova