İran ABŞ ilə nüvə danışıqlarını ləğv edib-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:47 17.06.2025

İran bazar günü ABŞ ilə keçirilməsi planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, İran və ABŞ arasındakı danışıqlar beş raund keçdi, altıncı ixtisara düşdü:

 

"Əslində o beş saatın nəticələrində də bir sıra məsələlərdə fikir ayrılıqları davam edirdi. Konkret olaraq İsrail İran mülki nüvə proqramını davam etdirmək islahı idi. Amerika isə bütün nüvə proqramının dayandırılmasını tələb edirdi. Yəni, burada müəyyən uzlaşma, anlaşma sanki alınmırdı. Başqa məsələlər də onlar bəlkə uzlaşa bilərdilər. Amma bu məsələdə hələlik yaxınlaşma yox idi. Altıncı görüşə ləğv edildi. Əlbəttə, bu danışıqlar regiondakı müharibə, münaqişə riskinə bir alternativ olaraq, yəni bu danışıqlar sanki müharibələrin önünü alırdı. İndi isə danışıqlar dayanıb, müharibə başlayıb, silahlar işə düşüb. Əlbəttə, bu savaş regional bir təhlükəyə də çevrilə bilər, regional bir savaşa da çevrilə bilər. Çünki İran və İsraili müdafiə edən digər bölgə dövlətləri də var. Eyni zamanda, bu savaşın digər dövlətlərin də maraqlarına, təhlükəsizliyinə təhdid yaratma riskləri var. Hətta bir sıra müsəlman ölkələrinin İrana, bir sıra Avropa ölkələrinin üzvünün Amerikanın İsrailə dəstək verəcəyi təqdirdə daha böyük münaqişənin, qlobal bir qarşıdurma, savaşın reallaşma riski var. Ona görə də əlbəttə, danışıqların dayanması müsbət bir şey deyil. Düzdür, konkret olaraq İsrailin də tələbləri var. İrana qarşı İsrailin hücumları davam edir. Amma İranda müdafiə olunur, İranda İsrailə müəyyən hücumlar edir, ballistik raketlər atır. Yəni hər iki tərəfin artıq bu və ya digər formada bir birinə təhdid yaradan hücumlarını görürük və hədələr də var. Hətta İran tərəfdən İsrail tərəfdən ən ciddi təhdidlərini və silahlarını da işə sala biləcəklərini dilə gətirir. Yəni bu region üçün çox ciddi təhlükə region üçün böyük problemlər vəd edir. Ona görə də bir an öncə bu danışıqların başlanması, savaşın dayandırılması məncə, şərtdir. Ümumiyyətlə, bu danışıqlar yəqin ki, ABŞ İran arasında baş tutarsa, o, İran qarşıdurmasına da təsir edə bilər. Ancaq məsələlərin digər ssenarilər üzrə inkişafına da təəssüf ki, imkan yoxdur və savaş daha da böyüyə bilər. Bir sıra İslam ölkələrinin İrana və bir sıra Avropa ölkərlərinin İsrailə dəstək verəcəyi təqdirdə daha böyük münaqişənin, qlobal bir savaşın reallaşması riski var.İsrail tərəfdən ABŞ də savaşa qatılarsa, əlbəttə, İranın vəziyyəti indikindən daha pis ola bilər, amma İranında daha hansı silahlardan istifadə edə biləcəyi təhlükəsiz riski də var. Ona görə də, təbii ki, birmənalı fikir söyləmək çətindir. Amma bütün hallarda savaşın dayanması, region üçün də savaş aparan tələbələr üçün də, ən doğru yoldur".


Ayşən Səlimova