İsrail baş prokurorluğu Netanyahunun ifadə verməsini təxirə salmaqdan imtina edib

Bölmə: Dünya › ,
Tarix: 11:26 27.06.2025

İsrail Baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə dinləmələr çərçivəsində ifadə verməsinin iki həftəlik təxirə salınması barədə müraciəti rədd edilib.

 

"İnformator.az"  “Times of İsrael” qəzetinə istinadən xəbər verir ki, bunula bağlı İsrailin Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, Benyamin Netanyahunun ifadə verməsinin təxirə salınması üçün göstərdiyi səbəblər qaneedici deyil.

Qeyd edək ki, İsrail Baş nazirinin korrupsiya məsələsi ilə bağlı məhkəmə prosesinə iyunun 30-da yenidən başlanılacaq.