Türkiyədə Meşə Yanğınları Baş Verib

Bölmə: Dünya › ,
Tarix: 16:54 27.06.2025

Türkiyənin 6 vilayətində meşə yanğınları qeydə alınıb. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinin (OGM) qrupları yanğınlara həm havadan, həm də yerdən müdaxilə edir.

 

İzmir şəhərində baş verən yanğın artıq nəzarət altına alınıb. Tekirdağ, Bursa, Sakarya, Antalya və Kahramanmaraş vilayətlərində isə 5 ayrı meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Mənbə: Caliber

Aytən Ağazadə