İran Prezidenti Ermənistana səfər edə bilər

Tarix: 16:53 27.06.2025
İran Prezidenti Məsud Pezeşkiyanın Ermənistana səfəri yayın sonuna qədər təşkil olunması planlaşdırılır.
Bu barədə məlumatı İranın Ermənistandakı səfiri Mehdi Sobhani iyunun 27-də keçirdiyi mətbuat konfransında verib.
Sobhani bildirib ki, hazırda səfərin təşkili istiqamətində işlər davam edir:
“Belə gərgin vəziyyətdə də Xarici İşlər Nazirliyinin və digər səlahiyyətli qurumların nümayəndələri ilə görüşdüm və səfərin planlaşdırılması üzrə müzakirələr apardıq. Səfər zamanı imzalanacaq sənədlərin siyahısını mübadilə etdik və proqramları müzakirə edirik. Mümkünsə, səfər yay aylarında təşkil olunacaq. Müharibə davam edə bilər, ancaq həyat da davam edir".
Mənbə : Caliber
Aytən Ağazadə