Tehran yenidən canlanır, amma sakinləri dərindən sarsılıb

Bölmə: Dünya › ,
Tarix: 23:47 27.06.2025

 


İran paytaxtının mərkəzində yerləşən Boof kafesi isti yay günündə sərin içkilər təqdim edir. Şəhərdəki ən fərqli “iced Americano” bəlkə də burada verilir. Çünki bu kafe uzun müddət bağlı qalan ABŞ səfirliyinin yaşıllıqlarla örtülən bir küncündə yerləşir.


Səfirliyi əhatə edən hündür beton divarlar 1979-cu il İran inqilabından və girov böhranından sonra, Vaşinqton Tehrana qarşı münasibətləri kəsdikdən bəri anti-Amerika rəsmləri ilə örtülüb. Bu hadisələr hələ də bu mürəkkəb münasibətlərin üzərində kölgə salır.
Cazibədar Boof kafesinin içində barista Əmir deyir ki, Amerika ilə İran arasında münasibətlərin yaxşılaşmasını istəyərdi.



BBC
Asiman Vəliyeva