Ukrayna Rusiyanın Marinovka aviabazasına zərbə endirib

Tarix: 22:20 27.06.2025
Ukrayna Rusiyanın Volqoqrad vilayətində yerləşən taktiki aviasiya aerodromunda "Su-34" təyyarələrinə və döyüş təyyarələrinin təmir yerlərinə zərbələr endirib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 4 ədəd “Su-34” təyyarəsinə və aerodromun texniki-istismar bölməsinə zərər dəyib.
"Düşmənin aviasiya texnikasına dəymiş zərərin səviyyəsi və hücumun nəticələri dəqiqləşdirilir", - Baş Qərargah bəyan edib.