Zərbələr nəticəsində İranın 30 təhlükəsizlik rəsmisi və 11 nüvə alimini öldürülüb

Tarix: 23:18 27.06.2025
12 gün davam edən İsrail-İran müharibəsi zamanı İranın 30-dan çox yüksək rütbəli təhlükəsizlik rəsmisi və 11 nüvə alimi öldürülüb.
"İnformartor.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli İsrail rəsmisi bildirib.
“İsrailin 13 iyun tarixində gözlənilməz zərbəsi İranın hava müdafiəsini ciddi şəkildə zədələdi və münaqişənin ilk kritik saatlarında cavab vermək qabiliyyətini zəiflətdi”, - rəsmi şəxs iddia edib.
Məlumata görə, İsrail Hava Qüvvələri 900-dən çox hədəfə zərbə endirib və İranın raket istehsalına ciddi ziyan vurub.