Trampdan Xameneiyə xatırlatma

Bölmə: Dünya › ,
Tarix: 22:42 27.06.2025

İrana qarşı sanksiyaların yumşaldılması işi dayandırılıb. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, buna İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin bəyanatları səbəb olub.

 

“Sanksiyaların mümkün ləğvi və İrana tam, sürətli, qəti bərpa üçün daha yaxşı şanslar verəcək digər məsələlər üzərində işləyirdim. Lakin mən sanksiyaların yumşaldılması üzrə bütün işləri dərhal dayandırıram", - ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

 

Trampın sözlərinə görə, niyyətlərini yenidən nəzərdən keçirməyə onu İranın Ali Rəhbərinin İsrail və ABŞ üzərində qələbə elan etməsi barədə açıqlamaları məcbur edib.


"İmanı güclü olan bir insan kimi, o, yalan danışmamalıdır" - deyə, ABŞ lideri bildirib. O, hücumlar nəticəsində İranın üç nüvə obyektinin məhv edildiyini bir daha xatırladıb.